Hüquqi şəxslərin qeydiyatta alınması ilə əlaqədar məsələlər barədə metodik araşdırma təlimatı.
Kommersiya və qeyri kommersiya hüquqi şəxslərin qeydiyyatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirilir, Azərbaycan Respublikasının Vergilər Nazirliyi orta və ali təhsil müəssisələrinin, siyasi partiyaların, fonda, bank, sığorta şirkətləri, ictimai qurumlar, həmkarlar ittifaqlarının peşəkar, sektor və ərazi assosiasiyalarının, xarici investisiyalı kommersiya hüquqi şəxslərin və xarici hüquqi şəxslərin nümayəndəliyinin və filiallarının qeydiyyatını həyata keçirir.
Hüquqi şəxslər fəaliyyətlərinin ilkin məqsədi gəlir əldə etmək olan təşkilatlar ola bilər (kommersiya hüquqi şəxslər) və ya fəaliyyətlərinin ilkin məqsədi gəlir əldə etməmək olan və əldə edilmiş gəliri iştirakçıları arasında bölməyən təşkilatlar ola bilər. (qeyri kommersiya hüquqi şəxslər) Kommersiya hüquqi şəxslər ümumi tərəfdaşlıq (qeyri məhdud), xüsusi tərəfdaşlıq, məhdud məsuliyyətli cəmiyyət, kooperativ və ya səhmdar cəmiyyətlər kimi yaradıla bilər.
Qeyri kommersiya hüquqi şəxslər ictimai birlik, fond, hüquqi şəxslərin assosiasiyası və qanunvericilikdə nəzərdə tutulan digər qaydada yaradıla bilər.
Daxili investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün qeydiyyatı aparan müvafiq vergi orqanına forması və doldurulma qaydası Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilən “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”si ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizəyə aşağıdakılar əlavə edilir:
-hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə; -hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;
“Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilər barədə əlavəsi. Qurumun təsisçiləri həm hüquqi şəxs, həm də fiziki şəxs olduqda ayrı-ayrılıqda hər iki əlavə forması doldurulur. Təsisçi fiziki şəxsə aid əlavə formasında göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müvafiq təsisçilərin səxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə onun üzvləri barədə məlumatlar “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”sinin müvafiq əlavəsi ilə təqdim olunur. Əlavədə göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müşahidə şurasının müvafiq üzvlərinin səxsiyyətini təsdiq edən sənədin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-təsisçilər tərəfindən icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti. Qanuni təmsilçinin və ya rəhbərin ərizədə göstərilmiş pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, onun şəxsiyyət vəsiqəsinin surətinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
-məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair);
- hüquqi şəxs statusu almaq istəyən qurum xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, bu barədə məlumat “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”sinin müvafiq əlavəsi ilə təqdim olunur;
-ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur. Banklar və sığorta şirkətləri, ali və orta təhsil müəssisələri yaradıldıqda həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyatı orqanın ilkin razılığı barədə sənəd tələb olunur.
Qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edilməsinə yol verilmir.
Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün qeydiyyatı aparan müvafiq vergi orqanına “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”si ilə müraciət edilməlidir. Ərizə təsisçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizəyə aşağıdakılar əlavə edilir:
-nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə;
-nümayəndəliyin və ya filialın yaradılması və onun rəhbərinin və ya qanuni təmsilçisinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydada təsdiq edilmiş surəti. Qanuni təmsilçinin və ya rəhbərin ərizədə göstərilmiş pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, onun şəxsiyyət vəsiqəsinin surəti nin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər- qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən) qanunvericilikdə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır;
-nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd;
-nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, bu barədə məlumat “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin müvafiq əlavəsi ilə təqdim olunur;
-ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur.
Qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edilməsinə yol verilmir.
Xarici bankların və sığorta şirkətlərinin, xarici ali və orta təhsil müəssisələrinin nümayəndəlikləri və ya filialları yaradıldıqda həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyatı orqanın ilkin razılığı barədə sənəd tələb olunur.
Xarici investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün qeydiyyatı aparan müvafiq vergi orqanına forması və doldurulma qaydası Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilən “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”si ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizəyə aşağıdakılar əlavə edilir:
-hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;
-hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;
-“Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilərin məlumatları barədə əlavəsi. Qurumun təsisçiləri həm hüquqi şəxs, həm də fiziki şəxs olduqda ayrı-ayrılıqda hər iki əlavə forması doldurulur. Təsisçi fiziki şəxsə aid əlavə formasında göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müvafiq təsisçilərin səxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər- qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən) qanunvericilikdə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır;
-təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış sənəd;
-dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə onun üzvləri barədə məlumatlar “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin müvafiq əlavəsi ilə təqdim olunur. Əlavədə göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müşahidə şurasının müvafiq üzvlərinin səxsiyyətini təsdiq edən sənədin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-təsisçilər tərəfindən icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti. Qanuni təmsilçinin və ya rəhbərin ərizədə göstərilmiş pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, onun şəxsiyyət vəsiqəsinin surətinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;
-hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
-məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair);
- hüquqi şəxs statusu almaq istəyən qurum xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, bu barədə məlumat “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin müvafiq əlavəsi ilə təqdim olunur;
-ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur.
Qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edilməsinə yol verilmir.
Müştərək kommersiya qurumlarının yaradılması zamanı da xarici investisiyalı kommersiya hüquqi səxslərin qeydiyyatı üçün tələb olunan sənədlər ərizəyə əlavə edilir.
Banklar və sığorta şirkətləri, ali və orta təhsil müəssisələri yaradıldıqda həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyatı orqanın ilkin razılığı barədə sənəd tələb olunur.
Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli qanunu əsasında Azərbaycan 05.10.1961-ci ildə Haqa şəhərində imzalanmış “Xarici Rəsmi Sənədlərin Leqallaşdırılması Tələblərini İstisna edən Konvensiyanın” üzvü oldu. Bu Konvensiyanın əsasında sənədlərin leqallaşdırılması tələbləri iştirakçı dövlətlərdə saxlanılmır.
Azərbaycan Resublikası ilə hüquqi yardım barədə razılaşma imzalayan dövlətlərin sənədlərinin leqallaşdırılması daha tələb olunmur. (Rusiya Federasiyası, Türkiyə, Ukrayna və digər Dövlətlər) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ əldə etmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malikdirlər.
Xüsusi tərəfdaşlıq, ümumi tərəfdaşlıq (qeyri məhdud), məhdud məsuliyyətli cəmiyyət, Əlavə Məsuliyyətli Cəmiyyət və korperativ üçün nizamnamə kapitalının minimum məbləği təyin edilməmişdir.
Qapalı səhmdar cəmiyyəti üçün nizamnamə kapitalının minimum məbləği 2000 AZN, açıq səhmdar cəmiyyəti üçün 4000 AZN-dir.
Yenidən yaradılmış sığorta şirkətləri üçün nizamnamə kapitalının minimum məbləği 1.000.000 AZN, təkrar sığorta şirkətləri üçün isə 2.000.000 AZN və banklar üçün 5.000.000 AZN təşkil edir.
Kredit asossiasiyaları üçün nizamnamə kapitalının minimum məbləği 4000 AZN təşkil edir.
“Dağlıq və Yüksək Dağlıq Ərazilərin İnkişafı” layihələri ilə bağlı dağlıq və yüksək dağlıq ərazilərdə yaradılmış kredit asossiasiyaları üçün nizamnamə kapitalının minimum məbləği 500 AZN təşkil edir.
Bank, qiymətli kağızlar bazarı, sığorta şirkətləri, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının qeydiyyatı üçün dövlət rüsumunun məbləği 220 AZN, kənd təsərrüfatı biznesi ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı üçün dövlət rüsumu isə - 5,5 AZN (5 manat 50 qəpik), bütün digər hüquqi şəxslərin qeydiyyatı üçün dövlət rüsumu 11 AZN təşkil edir. Dövlət rüsumu Baş Xəzinədarlığın Kapital Bankdakı 32050019443301264103 hesabına köçürülə bilər:
(+994 12) 596-65-63
S. Vurğun küç. 123A Bakı, Azərbaycan, AZ 1022
Copyrights © 2009 KERMUR. All rights reserved