BİZİ FACEBOOKDA İZLƏYİN

HÜQUQİ XİDMƏTLƏR



Xidmətlərimiz


• Kommersiya və qeyri-kommersiya təşkilatlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi üzrə hüquqi yardımların göstərilməsi;

• Tərəfdaşlarımıza Azərbaycan Respublikasında biznes işinin daha uğurlu şəkildə aparılması məqsədilə hüquqi şəxsin təşkilatı formasının optimal seçimi üzrə məsləhətlərin verilməsi;

• Tərəfdaşlarımızın tələb və maraqlarına uyğun gələn formada yaradılacaq hüquqi şəxsin təsis sənədlərinin paketinin hazırlanması;

• Daşınmaz əmlakın özgəninkiləşdirilməsi əməliyyatlarının hüquqi tənzimlənməsi;

• Xarici hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatından keçirilməsi üçün sənədlərin hazırlanması;

• Təsisçilərin tərkibinin, nizamnamə kapitalının məbləğinin və idarəetmə strukturunun dəyişdirilməsi ilə əlaqədar təsis sənədlərinə dəyişikliklərin (əlavələrin) hazırlanması və dövlət qeydiyyatına alınması üçün təqdim edilməsi;

• İştirakçıların (Səhmdarların) ümumi yığıncağının hazırlanmasına və keçirilməsinə yardım;

• Hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi üçün təşkilati tədbirlər barədə məsləhətlər və onların həyata keçirilməsi;

• İflas məsələləri üzrə məsləhətlər, iflas prosedururnun həyata keçirilməsi;

• Şirkətin, yaxud Şirkətin Nizamnamə Kapitalındakı payların (səhmlərin) alqı-satqısı, yaxud digər üsullarla güzəşt edilməsi üzrə sənədlərin hazırlanması;

• Təşkilatların Nizamnamə Kapitalındakı payların (səhmlərin) fiziki şəxslərin varislərinə və hüquqi şəxslərə keçməsi üzrə sənədlərin hazırlanması;

• Hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğv edilməsi ilə əlaqədar müxtəlif sərfəli məsləhətlərin verilməsi;

• Hazır biznesin alqı-satqısında (korporativ sənədlərin və yüklülüyün yoxlanılması, mülkiyyət hüququnun verilməsi üzrə sənədlərin hazırlanması və qeydiyyatı, auditorun yardımı ilə maliyyə risklərinin qiymətləndirilməsi) yardım;

• Tərəfdaşlarımızın maraqlarına maksimum uyğun gələn mülki-hüquqi müqavilələrin bütün növlərinin tərtib edilməsi;

• Müqavilə layihələrinin hüquqi ekspertizadan keçirilməsi;

• Müqavilələrin imzalanmasında iştirak və bu müqavilələrin icra edilməsinə nəzarətin həyata keçirilməsi (danışıqlar hüquqşünas tərəfindən Azərbaycan, İngilis, Rus və Türk dillərində aparıla bilər);

• Nikah sazişlərinin şərtlərinin müzakirəsi, hazırlanması və bağlanması;

• Korporativ maliyyələşdirmə və idarəetmə sahəsində sərfəli təklif və məsləhətlərin verilməsi.

• Hüquqi şəxslərin ittifaqlarının təsis sənədlərinin, strukturunun, idarəetmə sisteminin və maliyyələşdirmə sxeminin işlənməsi;

• Ticarət-maliyyə strukturlarının qovuşması üzrə təşkilati tədbirlər haqqında məsləhətlərin verilməsi və onların həyata keçirilməsi;

• Vergilərin və digər icbari ödənişlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması və bu barədə rəylərin verilməsi. Vergilərin planlaşdırılması və optimallaşdırılması üzrə məsləhətlərin verilməsi;

• Hüquqi şəxslərin kənar idarə etməyə verilməsi ilə bağlı yardımın göstərilməsi, bu barədə müqavilənin tərtib edilməsi, kənar idarəedicinin qarşısında qoyulan maliyyə, istehsal, insan resursları üzrə hədəflərin müəyyən edilməsi, ödəniləcək xidməq haqqının bu hədəflərə nail olmaq səviyyəsi ilə əlaqələndirilməsi;

• Yerli və xarici bankların və bank olmayan kredit təşkilatlarının maliyyələşdirilməsini cəlb etmək üçün danışıqların aparılması, əsas müqavilənin və ipoteka (girov) müqaviləsinin şərtlərinin müzakirəsi, yerli maliyyə qurumlarının təminatı ilə xaricdən maliyyə resurslarının cəlb edilməsi üçün yardımın həyata keçirilməsi;

• Müxtəlif beynəlxalq və milli təşkilatların maliyyə resurslarının təyinatı üzrə istifadə olunmasına hüquqi nəzarətin həyata keçirilməsi; pozuntu halları aşkar edildikdə, onların aradan qaldırılması üzrə təkliflərin verilməsi;

• Təşkilatın kadr-uçot işləri sahəsində hüquqi yardımların göstərilməsi;

• Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və digər normativ –hüquqi aktlara uyğun olaraq kadr-uçot, əmək intizamı, əməyin təhlükəsizliyi sənədlərinin hazırlanması. İş yerlərinin atesstasiyasının keçirilməsi, iş şəraitinin zərərlilik dərəcəsinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinin təşkili;

• Fərdi və kollektiv əmək müqavilələrinin tərtib edilməsi, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;

• Tərəfdaşlarımızın hüquqların Beynəlxalq Arbitraj Məhkəmələrində müdafiə edilməsi (arbitraj sorğusunun, arbitrajın qaydaların, iddia ərizəsinin və ya etirazın, yazılı sübutların hazırlanması, dinləmələrdə təmsil etmə, yazışmaların aparılması);

• Beynəlxalq Arbitraj Məhkəmələrinin və xarici ölkələrin məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması və icraya yönəldilməsi üçün hüquqi prosedurların icrası;

• Azərbaycan Respublikasının bütün növ məhkəmələrində hər hansı mübahisəyə baxılarkən tərəfdaşlarımızın hüquqlarının müdafiəsi;

• Məhkəmə qərarlarının icrasına nəzarət.