Ana Səhifə | Əlagə |
AZ | EN | RU
Onlayn məsləhət
Ümumi məlumat
İş təcrübəmiz
Xidmətlər
Müştərilərimiz
İşçilərimiz

Xidmətlər

Biz Azərbaycanda fəaliyyətini həyata keçirən və ya investisiya qoymağı planlaşdıran yerli və xarici müştərilərimizi hərtərəfli lazımi hüquqi yardımla təmin edirik. Biz öz vəkil və hüquqşünaslarımızda yenilik və hər hansı bir məsələnin təcrübi həlli istiqamətində iş aparmaq qabiliyyətlərini daha da təkmilləşdiririk. Bununla yanaşı biz xüsusilə texniki inkişafın təkanı ilə dünyanın biznes və maliyyə şəraitində olan dəyişikliklərin tələbinə uyğun daim xidmət sahələrini inkişaf etdiririk. İş münasibətlərimizin münasibliyi və hüquqşünaslarımızın yüksək bacarıqları onlara tez-tez tələb olunan geniş miqyaslı işlər aparmağa imkan yaradır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş KERMUR İxtisaslaşdırılmış Vəkil Bürosu istənilən təşkilati-hüquqi formaya malik yerləri və xarici hüquqi şəxslərə pullu hüquqi yardımlar göstərir.

Biz Sizə göstərilən hüquqi xidmətlərin siyahısını təqdim edirik:

“Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosu öz müştərilərinə əsas korporativ, kiçik və orta tipli müəssisələr üzrə hüquqi xidmət təklif edir. Şirkət xüsusilə də aşağıda göstərilən iş təcrübələri
ilə məşhurdur:

• Dövlət orqanları və özəl sektorla sıx əməkdaşlıq
• Vergi, Vərəsəlik və Əmlak
• Enerji və Təbii resurslar
• İntellektual mülkiyyət Sığorta
• Hüquqi araşdırma
• Kommunikasiya və Texnologiya
• Beynəlxalq İctimai Sahə
• Nəqliyyat
• Mülki Hüquq
• Cinayət Hüququ
• Yerli Ticarət
• Əmək
• Ailə Hüququ

Sual Cavab

Sual #1-Ər-arvadın birgə ümumi mülkiyyəti nə deməkdir və necə tənzimlənir?

Sual #2 - İddia müddətinin axımının dayandırılması bu müddətin axımının kəsilməsindən nə ilə fərqlənir?

Sual #3- Qəyyumluq və himayəçiliyin müəyyən edilməsi əsasları hansılardır?

VACİB MƏLUMAT !
Hüquqi şəxslərin qeydiyatta alınması ilə əlaqədar məsələlər barədə metodik araşdırma təlimatı.

  • Kommersiya və qeyri-kommersiya təşkilatlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi üzrə hüquqi yardımların göstərilməsi:
  • Sifarişçiyə Azərbaycan Respublikasında biznes işinin daha uğurlu şəkildə aparılması məqsədilə hüquqi şəxsin optimal seçimi üzrə məsləhətlərin verilməsi;
  • Sifarişçinin tələb və maraqlarına uyğun gələn formada yaradılacaq hüquqi şəxsin sənədləri paketinin hazırlanması;
  • Daşınmaz əmlakın alqı-satqı əməliyyatlarının hüquqi tənzimlənməsi;
  • Hüquqi şəxslərin filial, təşkilat və nümayəndəliklərin dövlət qeydiyyatı idarələrində qeydiyyatdan keçirilməsi;
  • Təsisçilərin tərkibinin, Nizamnamə Kapitalının məbləğinin və idarəetmə strukturunun dəyişdirilməsi ilə əlaqədar olaraq təsis sənədlərinə və digər lazımi sənədlərə dəyişikliklərin (yeni düzəlişlərin) hazırlanması. Təsis sənədlərinə edilən dəyişikliklərin dövlət orqanlarında qeydiyyatdan keçirilməsi;
  • İştirakçıların (Səhmdarların), Direktorlar Şurasının və s. ümumi yığıncağının hazırlanmasına və keçirilməsinə yardım;
  • Hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi üzrə təşkilati tədbirlər barədə məsləhətlər və onların həyata keçirilməsi;
  • İflas məsələləri üzrə məsləhətlər;
  • Şirkətin, yaxud Şirkətin Nizamnamə Kapitalındakı payların alqı-satqısı, yaxud digər üsullarla güzəşt edilməsi üzrə sənədlərin hazırlanması;
  • Təşkilatların Nizamnamə Kapitalındakı payların fiziki şəxslərin varislərinə və hüquqi şəxslərə həvalə edilməsi üzrə sənədlərin hazırlanması;
  • Hüquqi şəxslərin yaradılması, yenidən təşkili və ləğv edilməsi ilə əlaqədar bütün məsələlər üzrə müxtəlif sərfəli məsləhətlərin verilməsi;
  • Hazır biznesin alqı-satqısı (sahibkarların yoxlanılması, işinin təşkili, mülkiyyət hüququnun verilməsi üzrə sənədlərin hazırlanması və qeydiyyatı); Mülki-hüquqi müqavilələrin tərtib edilməsi
  • Sifarişçinin maraqlarına maksimum uyğun gələn mülki-hüquqi müqavilələrin bütün növlərinin tərtib edilməsi;
  • Müqavilə layihələrinin hüquqi ekspertizadan keçirilməsi;
  • Müqavilələrin imzalanmasında iştirak və bu müqavilələrin icra edilməsinə nəzarətin həyata keçirilməsi (danışıqlar hüquqşünas tərəfindən birbaşa Azərbaycan, ingilis, rus və türk dillərində aparıla bilər);
  • Nikah müqavilələrinin hazırlanması və bağlanması;
  • Yuxarıdakı istiqamət üzrə digər sərfəli təklif və məsləhətlərin verilməsi. Korporativ maliyyələşdirmə və idarəetmə sahəsində hüquqi yardımlar:
  • Korporativ maliyyələşdirmə və idarəetmə sahəsində məsləhətlərin verilməsi;
  • Holdinq şirkətlərinin yaradılması. Holdinq şirkətlərinin strukturunun, idarəetmə sisteminin və şirkətdaxili maliyyələşdirmə sxeminin işlənməsi;
  • Ticarət-maliyyə strukturlarının qovuşması üzrə təşkilati tədbirlər haqqında məsləhətlərin verilməsi və onların həyata keçirilməsi;
  • Büdcə və qeyri-büdcə fondlarına ödənişlərin təkrar yerləşdirilməsinin icrası;
  • Yeni satış kanallarının təşkil edilməsi;
  • Azərbaycan şirkətləri ilə xarici iqtisadi fəaliyyətin optimal sxeminin yaradılması.
  • İnvestisiya-bank sahəsində hüquqi yardımların göstərilməsi:
  • Azərbaycan şirkətlərinin xaric kreditorlar qarşısında borcların təkrar strukturlaşdırılmasının həyata keçirilməsi;
  • Maliyyə cəhətdən qeyri-sabit təşkilatların idarə edilməsi ilə bağlı yardımın göstərilməsi. Xarici idarəetmə planlarının hazırlanması;
  • Qisamüddətli və ortamüddətli maliyyə proqramlarının hazırlanması, onların həyata keçirilməsi və lazımi maliyyə sənədlərinin işlənməsi;
  • Cari maliyyə-təsərrüfat fəaliyyətinin planlaşdırılması üzrə işlərin qaydaya salınması;
  • Kredit strukturlarının yardımı ilə Azərbaycan şirkətlərinin maliyyələşdirməsi üzrə əməliyyatların hazırlanması və həyata keçirilməsi;
  • Bank maliyyələşdirilməsini cəlb etməklə (xarici investisiya strukturları ilə birlikdə) proqramların həyata keçirilməsi;
  • Müxtəlif beynəlxalq və milli təşkilatların maliyyə yardımı təyinatı üzrə istifadə olunmasına hüquqi nəzarətin həyata keçirilməsi; pozuntu halları aşkar edildikdə, onların aradan qaldırılması üzrə təkliflərin verilməsi;
  • Yuxarıda göstərilən fəaliyyət istiqaməti üzrə hüquqi məsləhətlərin və müxtəlif sərfəli təkliflərin verilməsi. Təşkilatın kadr-uçot işləri sahəsində hüquqi yardımların göstərilməsi:
  • İstənilən təşkilati hüquqi formaya malik olan hüquqi şəxslər üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və digər normativ –hüquqi aktlara uyğun olaraq kadr-uçot sənədlərinin hazırlanması;
  • Təşkilatın kadr-uçot işlərinin aparılması qaydası haqqında hüquqi məsləhətlərin verilməsi;
  • Əmək və kollektiv müqavilələrinin tərtib edilməsi, onların imzalanmasında iştirak;
  • İşçilərin işə qəbul edilməsi və işdən çıxarılması üzrə sənədlərin hazırlanması, əmək intizamı, təhlükəsizlik qaydaları və s. haqqında sənədlərin tərtib edilməsi. Hüquqların məhkəmədə müdafiə edilməsi üzrə yardımların göstərilməsi:
  • Sifarişçiyə vurulan zərər və ziyanın məhkəmə qaydasında kompensasiyası;
  • Təşkilatların kreditor borclarının meydana gəlmə səbəblərinin aradan qaldırılması üzrə kompleks tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
  • Azərbaycan Respublikasının ümumi və digər məhkəmələrində hər hansı mübahisəyə baxılarkən Sifarişçinin hüquqlarının müdafiə edilməsi. Göstərilən yardıma görə qiymət işin mürəkkəbliyindən, həcmindən, işlə məşğul əməkdaşın səviyyəsindən asılı olaraq müəyyən olunacaqdır. Kiçik problemlərinizi mürəkkəbləşdirmədən bizə müraciət edin, onların həllini münasib qiymətə bizə etibar edin!

Audit


Hörmətli iş adamları! Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş ”Kernur Audit” audit firması istənilən təşkilati-hüquqi formaya malik yerli və xarici hüquqi şəxslərə pullu audit xidmətlər göstərir. Biz Sizə göstərilən audit xidmətlərin siyahısını təqdim edirik: Əmlakın qiymətləndirilməsi:

  • Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəylərin hazırlanması;
  • Daşınmaz əmlakın hansı dərəcədə sığorta hadisələrinin başvermə risklərinin təsiri altına düşə biləcəyi ehtimalı barədə rəylərin hazırlanması;
  • Daşınar və daşınmaz əmlakların aşınma dərəcələrini müəyyən edilməsi
  • Vergi üzrə məsləhətlər:
  • Vergi qanunvericiliyinin tətbiqinə və müxtəlif növ vergilərin hesablanmasına dair məsləhətlərin verilməsi.
  • Müəssisənin vergitutma sisteminin təkmilləşdirməsinə dair təkliflərin verilməsi.
  • Vergi bəyannamələrinin və maliyyə hesabatlarının tərtib olunmasında praktiki yardımın göstərilməsi;
  • Vergi və başqa növ hesabatların yoxlanılması;
  • Vergi sisteminə əsasən auditor rəyinin tərtib edilməsi. O cümlədən:
  • Çatışmazlıqların və əskik gəlmələrin əmələ gəlmə səbəblərinin araşdırılması və bu faktlara görə məsuliyyət daşıyan vəzifəli şəxslərin müəyyən edilməsi;
  • Mühasibat uçotunun aparılmasında yol verilən pozuntuları aradan qaldırılmasına dair təkliflərin verilməsi;
  • Müəssisələrdə mühasibat uçotunun qurulması və təşkili;
  • Maddi-məsul şəxslərin öhdəsində olan nağd pul vəsaitlərinin dəyərlilərinin audit rəyin verilməsi;
  • Müəssisələrin maliyyə-təsərrufat fəaliyyətinə dair audit yoxlamalarının aparılması;
  • Qiymətli kağızların qiymətləndirilməsi;
  • Torpaq və təbii sərvətlərin qiymətləndirilməsi;
  • Yarımçıq tikilinin qiymətləndirilməsi;
  • İstehsal maşınlarının və hər növ avadanlıqların qiymətləndirilməsi;
  • Avtomobil, dəmiryol, dəniz, çay və hava nəqliyyatların qiymətləndirilməsi;
  • İntellektual mülkiyyətin və qeyri-maddi aktivlərin (əmtəə nişanı, lisenziya və patent);
  • Debitor borcların qiymətləndirilməsi;
  • Mal-materialların qiymətləndirilməsi.

 


Məqsədimiz, müştəriləri maksimum
dərəcədə razı salmaqdır

Ramil S. Xəlilov

Biz müştərilərimizin mənafeyini öz mənafeyimiz kimi qoruyuruq.

Fuad Kərimov
   

Ana Səhifə | Ümumi məlumat | İş təcrübəmiz | Xidmətlər | Əlagə
Copyrights (c) 2009 KERMUR
All rights reserved