Ana Səhifə | Əlagə |
AZ | EN | RU
Onlayn məsləhət
Ümumi məlumat
İş təcrübəmiz
Xidmətlər
Müştərilərimiz
İşçilərimiz
Sual - Cavab
Sual #1

“Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosu öz müştərilərinə əsas korporativ, kiçik və orta tipli müəssisələr üzrə hüquqi xidmət təklif edir. Şirkət xüsusilə də aşağıda göstərilən iş təcrübələri
ilə məşhurdur:

• Dövlət orqanları və özəl sektorla sıx əməkdaşlıq
• Vergi, Vərəsəlik və Əmlak
• Enerji və Təbii resurslar
• İntellektual mülkiyyət Sığorta
• Hüquqi araşdırma
• Kommunikasiya və Texnologiya
• Beynəlxalq İctimai Sahə
• Nəqliyyat
• Mülki Hüquq
• Cinayət Hüququ
• Yerli Ticarət
• Əmək
• Ailə Hüququ

VACİB MƏLUMAT !
Hüquqi şəxslərin qeydiyatta alınması ilə əlaqədar məsələlər barədə metodik araşdırma təlimatı.

Ər-arvadın birgə ümumi mülkiyyəti nə deməkdir və necə tənzimlənir?

Cavab: Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi MM-in 225-ci, AM-in 31-37-ci maddələri ilə müəyyən edilir. MM-in 225-ci maddəsinin 1-ci bəndində göstərilir ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətidir (AM-in 32-ci maddəsinin 1-ci bəndi). Ər-arvadın birgə ümumi mülkiyyətinin obyekti qismində birgə nikah dövründə əldə edilən və qazanılan əmlak çıxış edir. Ər-arvadın birgə mülkiyyətinə onların hər birinin qanunla qadağan edilməyən fəaliyyət nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, onların ümumi gəlirləri hesabına əldə edilən əşyalar, qiymətli kağızlar, kredit idarələrinə qoyulmuş paylar, əmanətlər və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxil ola bilər. Ər-arvadın birgə mülkiyyət hüququn obyekti kimi çıxış edə bilməz:

1) nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak;
2) ər-arvaddan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak (məsələn, bağışlama);
3) zinət əşyaları və daş-qaş şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və s.). Ümumi birgə mülkiyyət hüququn obyekti olmayan belə əmlak növləri ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur. Fərdi istifadə şeyləri, yəni paltar, ayaqqabı, geyim və s. Birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olursa, onun əmlakı sayılır.
Ər-arvaddan hər hansı birinin əmlakı onların ümumi birgə mülkiyyəti sayıla bilər. Bunun üçün nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsaitin qoyulduğunun müəyyənləşdirilməsi zəruridir (MM-in 225.4 maddəsi, AM-in 35-ci maddəsi). Əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulması dedikdə, əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. başa düşülür.
MM-in 225-ci maddəsinin 5-ci bəndinə əsasən, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmasın.
AM-də ər-arvad arasında yaranan əmlak münasibətləri üçün iki rejim nəzərdə tutulur: qanuni rejim (7-ci fəsil, 31-37-ci maddələr); müqavilə rejimi (8-ci fəsil, 38-42-ci maddələr).
Nikah müqaviləsi ilə başqa qayda nəzərdə tutulmayıbsa ər-arvadının əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (AM-in 31.1 maddəsi).
Ər-arvadın mülkiyyətinin müqavilə rejimi dedikdə, nikah müqaviləsi ilə ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən olunmuş rejimini dəyişməklə ümumi əmlaka, onun ayrı-ayrı növlərinə vəya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkyyət rejimi tətbiq edilməsi başa düşülür. Müqavilə rejimi bizim qanunvericilik üçün yenilikdir.

 
Sual #2
 

İddia müddətinin axımının dayandırılması bu müddətin axımının kəsilməsindən nə ilə fərqlənir? Borc müqaviləsi üzrə kreditorun və ya borclunun dəyişməsi iddia müddətinə necə təsir edir?

Cavab: Əvvəla qeyd edək ki, iddia müddəti məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddətdir. İddia müddətinin əsas təyinatı hüququ pozulmuş səlahiyyətli şəxsə öz hüququnu məhkəmə qaydasında müdafiə etmək üçün vaxt müddəti verməkdən ibarətdir.
İddia müddətinin axımının dayandırılması onu ifadə edir ki, iddia verilməsinə mane olan və qanunda nəzərdə tutulan obyektiv halın mövcud olduğu vaxt dövrü iddia müddətinə hesablanmır və həmin halın aradan qalxdığı gündən müddətin axımı davam edir. İddia müddətinin axımı aşağdakı hallarda dayandırılır: iddianın irəli sürülməsinə fövqəladə və həmin şərait üçün qarşısıalıan bilməyən hal mane olduqda; iddiaçı vəya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; Nazirlər Kabineti öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda və s (MM-in 379-cu maddəsi).
MM-in 380-ci maddəsində iddia müddətinin axımının kəsilməsi qaydası müəyyən edilmişdir: “Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.”
Göstərilən maddəyə əsasən tərəflərin müəyyən hərəkətləri nəticəsində iddia müddətinin axımı kəsilir və belə kəsilmədən sonra iddia müddətinin axımı keçirilmiş müddət nəzərə alınmadan yenidən başlayır. İddia müddətinin axımının kəsilməsi məhz bu keyfiyyətinə görə bu axımın dayandırılmasından fərqlənir. Belə ki, yuxarıda göstərildiyi kimi iddia müddətinin axımın dayandırılmasından sonra müddətin axımı başladıqda, axım dayandırılana qədər keçən müddət bir qayda olaraq iddia müddətinə daxil edilir. Bu halda iddia müddətinin axımı onun dayandırıldığı gündən başlayır.
Bildiyimiz kimi borc müqaviləsi müavilənin bir növüdür. Müqavilələr isə öhdəliklərin yaranma əsaslarından biridir. Bu baxımdan MM-in 378-ci maddəsinə görə, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

 

 

Sual #3

 

Qəyyumluq və himayəçiliyin müəyyən edilməsi əsasları hansılardır?

Cavab: MM-in 33-cü maddəsinin 3-cü bəndinə görə qəyyumluq və himayəçilik aşağıdakı hallarda təyin edilir:
1) yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda;
2) valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə;
3) valideynlər yetkinlik yaşına çatmayanları tərbiyələndirməkdən vəya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda;
4) qəyyumluq və himayəçiliyə ehtiyac olan digər hallarda.

 

 

Hüquqi şəxslərin qeydiyatta alınması ilə əlaqədar məsələlər barədə metodik araşdırma təlimatı

   
   
 

 


Biz müştərilərimizin mənafeyini öz mənafeyimiz kimi qoruyuruq.

Fuad Kərimov

 

Büromuzun vəkilləri yurd yuvalarından didərgin düşmüş məcburi köçgün ailələrinə pulsuz hüquqi xidmət göstərir, və maraqlarını müdafiə edirlər.
Fuad Karimov

   

Ana Səhifə | Ümumi məlumat | İş təcrübəmiz | Xidmətlər | Əlagə
Copyrights (c) 2009 KERMUR
All rights reserved