Ana Səhifə | Əlagə |
AZ | EN | RU
Onlayn məsləhət
Ümumi məlumat
İş təcrübəmiz
Xidmətlər
Müştərilərimiz
İşçilərimiz

İşçilərimiz

 
Uzun müddətdir ki, biz müştərilərimizlə müxtəlif iş sahələrində sıx əməkdaşlıq edərək onların maraqlarını müdafiə etmək üçün peşəkar hüquqi yardım göstəririk. Biz Azərbaycanın qabaqcıl vəki l bürolarından biriyik.

 

 

“Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosu öz müştərilərinə əsas korporativ, kiçik və orta tipli müəssisələr üzrə hüquqi xidmət təklif edir. Şirkət xüsusilə də aşağıda göstərilən iş təcrübələri
ilə məşhurdur:

• Dövlət orqanları və özəl sektorla sıx əməkdaşlıq
• Vergi, Vərəsəlik və Əmlak
• Enerji və Təbii resurslar
• İntellektual mülkiyyət Sığorta
• Hüquqi araşdırma
• Kommunikasiya və Texnologiya
• Beynəlxalq İctimai Sahə
• Nəqliyyat
• Mülki Hüquq
• Cinayət Hüququ
• Yerli Ticarət
• Əmək
• Ailə Hüququ

VACİB MƏLUMAT !
Hüquqi şəxslərin qeydiyatta alınması ilə əlaqədar məsələlər barədə metodik araşdırma təlimatı.

Fuad S. Kərimov

Direktor

O, Rusiya Federasiyasında və yerli məhkəmələrdə geniş təcrübə keçmişdir. O, özəl şirkətlər və kommersiya sektorunda uzun illərdir ki, müvəffəqiyyətlə fəaliyyət göstərir. 18 ildən artıq bir müddətdə hüquqşünas və vəkil kimi məhkəmə, prokurorluq üzrə iptidai araşdırmada, vergi orqanlarında fəaliyyət göstərməklə hüquqşünas ixtisası üzrə çox zəngin təcrübə toplamışdır.

Təcrübə sahələri
- Fiziki və hüquqi şəxslərin sifarişi ilə onlara dövlət və
qeyri dövlət orqanlarında və təşkilatlarda nümayəndəlik xidməti göstərir;
- Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verir;
- Fiziki v
ə hüquqi şəxslərin fəaliyyətinin hüquqi təminatını həyata keçirir;
- Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara lazımi hüquqi yardım göstərir;
- Azərbaycan Respublikasının bütün məhkəmələrində vəkil və ya nümayəndə kimi iştirak edir;
- İstənilən mülki hüquqi müqavilələri tərtib edir;
Əmtəə nişanları və patent hüququnun qeydiyyatını aparır;
- Hüquqi şəxslərin təsis edilməsi, dövlət qeydiyyatı və ləğvini həyata keçirir;
- Vergi tutma və vergilərin planlaşdırılması sahəsində məsləhətlər verir.

Peşəkar Assosiasiyalara və Təşkilatlara üzvlük
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Amerika Vəkillər Assosiasiyası (ABŞ).
Beynəlxalq Vəkillər Assosiasiyası (Böyük Britaniya).
Dünya Hüquqşünaslar Assosiasiyası (ABŞ).
Beynəlxalq və Dövlət Elmi Assosiasiya və Cəmiyyəti

Təhsili
Rusiya Federasiyasının R.A.Rudenko adına “Hüquq Akademiyası”

İş təcrübəsi
Fiziki və hüquqi şəxslərin müra-ciətləri əsasında mülki, vergi, cinayət, iqtisadi, ailə, əmək, torpaq, gömrük və sairə hüquq sahələri üzrə hüquq münasibətləri sub-yektlərinin hüquqlarının müdafiəsinin həyata keçirilməsi ilə bağlı müraciət etmiş şəxslərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar vermiş, mülki, iqtisadi və cinayət işləri üzrə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində vəkil və nümayəndə kimi iştirak etmişdir.

Telefon: +99 455 353 33 33.
Email to Fuad Kerimov

Sertifikatlar: 1. 2. 3. 4. 5.

 


Adil Vahabov

“Kernur Audit” MMC-nin direktoru O, 2002-ci ildən Audit fəaliyyəti göstərir. Bu sahədə yüksək təcrübəyə malikdir. Cənab Vahabov eyni zamanda ABŞ daxili auditorlar institutunun üzvüdür və bu barədə üzvlük nömrəsi 1225352 olan 18 mart 2005-ci il tarixli sertifikat almışdır.


Təcrübə sahələri

- Maddi-məsul şəxslərin öhdəsində olan pul vəsaitlərinin və əmlakın qalığının təftişi. - Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi. - Maliyyə təsərrüfat fəaliyyətinin auditi. - Vergilərin və digər icbari ödənişlərin auditi. - Təsisçilərin və səhmdarların səlahiyyətli nümayəndəsi kimi təftiş komissiyalarında, ümumi yığıncaqlarda iştirak etmək, dividiendlərin düzgün hesablanıb ödənilməsinə nəzarət etmək.

Cənab Vahabov eyni zamanda ABŞ daxili auditorlar institutunun üzvüdür və bu barədə üzvlük nömrəsi 1225352 olan 18 mart 2005-ci il tarixli sertifikat almışdır.


Təhsili

Azərbaycan Dövlət İqtisad Universiteti

İş təcrübəsi
“Kernur Audit” MMC-nin direktoru Adil Vahabov Auditorlar palatası tərəfindən 01.02.2008 il tarixində 031588 saylı AT/073 qeydiyyat nömrəsi ilə Lisenziya almışdır. O, 2002-ci ildən Audit fəaliyyəti göstərir. Bu sahədə yüksək təcrübəyə malikdir.

 


Sertifikatlar: 1. 2. 3.

 

Cəbrayıl R. Cəbrayılov

Vəkil Cənab Cəbrayılov müxtəlif sahələr üzrə hüquqi araşdırmalarda zəngin təcrübəyə malikdir. Bura mülki, əmək, ailə, torpaq, cinayət və digər hüquq sahələri daxildir. Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında sığorta, bank, mülki, iqtisadi, vərəsəlik, ailə, əmək, torpaq, cinayət və sair sahələr üzrə hüquq münasibətləri subyektlərinin hüquqlarının müdafiəsinin həyata keçirilməsi ilə bağlı müraciət etmiş şəxslərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar vermiş, mülki, iqtisadi və cinayət işləri üzrə birinci, apelyasiya və kasasiya instansiyası məhkəmələrində vəkil və nümayəndə kimi iştirak etmişdir.

Təcrübə sahələri

-Fiziki və hüquqi şəxslərin sifarişi ilə onlara dövlət və qeyri dövlət orqanlarında və təşkilatlarda nümayəndəlik xidməti göstərir
-Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, rəylər, izahatlar verir
-Fiziki və hüquqi şəxslərin fəaliyyətinin hüquqi təminatının həyata keçirir
-Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara lazımi hüquqi yardım göstərir
-Azərbaycan Respublikasının bütün məhkəmələrində vəkil kimi iştirak edir
-İstənilən mülki hüquqi müqavilələri tərtib edir
-Əmtəə nişanları və patent hüququnun qeydiyyatını aparır
-Hüquqi şəxslərin təsis edilməsi, dövlət qeydiyyatı və ləğvini həyata keçirir.

Təhsili
Bakı Dövlət Universiteti

İş təcrübəsi
- Peşəkar Assosiasiyalar
- Vəkillər Kollegiyası
- Dünya Vəkillər Assosiasiyası
- Beynəlxalq Vəkillər Assosiasiyası

Telefon: +99 455 235 6565
+99 455 872 2222
E-mail to Cəbrayıl R. Cəbrayılov

Sertifikatlar:
 

Emil Ə. Dadaşov

Hüquqşünas və vəkil kimi məhkəmə, polis və digər dövlət orqanlarında, kommersiya təşkilatlarında fəaliyyət göstərməklə hüquqşünas ixtisası üzrə çox zəngin təcrübə malikdir.
Mülki, iqtisadi, ailə, əmək, torpaq, sığorta və s. hüquq sahələri üzrə hüquq münasibətləri subyektlərinin hüquqlarının müdafiəsinin həyata keçirilməsi ilə bağlı müraciət etmiş şəxslərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar vermiş, mülki və iqtisadi işləri üzrə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində vəkil və nümayəndə kimi iştirak etmişdir.

Təcrübə sahələri

- Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara hüquqi məsələlərlə bağlı məsləhətlər, izahatlar və əlverişli təkliflər verir.
- Fiziki və hüquqi şəxslərin fəaliyyətinin hüquqi təminatının həyata keçirir.
- Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara lazımi hüquqi yardım göstərir.
- Fiziki və hüquqi şəxslərin sifarişi ilə onlara dövlət və qeyri dövlət orqanlarında və təşkilatlarda nümayəndəlik xidməti göstərir.
- Azərbaycan Respublikasının bütün məhkəmələrində vəkil və ya nümayəndə kimi iştirak edir.
- İstənilən mülki hüquqi müqavilələri tərtib edir. Hüquqi şəxslərin təsis edilməsi və dövlət qeydiyyatına alınmasını həyata keçirir.
- Hüquqi və fiziki şəxsin fəaliyyəti ilə bağlı bütün növ sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tərtib edir.
- Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasını həyata keçirir.

Təhsili

Azərbaycan Beynəlxalq Universiteti

İş təcrübəsi

Yerli və xarici fiziki və hüquqi şəxslərin investisiya qoyulmasında, sığorta sahəsində sığorta şirkətlərinə dəymiş zərərin reqress qaydada geri alınmasında yüksək keyfiyyətli hüquqi xidmət göstərmişdir.


Telefon: +99 470 214 33 33
+99 455 753 00 03
E-mail to: Emil Ə. Dadaşov


Sertifikatlar: 1. 2. 3.
   

Ramil S. Xəlilov

Hüquqşünas

Cənab Xəlilov vərəsəlik üzrə təcrübə keçir. O, hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üzrə məsul şəxsdir. Ramil həmçinin hüquqi və fiziki şəxslərə digər hüquqi məsələlərlə bağlı hüquqi məsləhətlər verir, o cümlədən vəsiyyətnamələrin və razılaşmaların təqdim edilməsi, etibarnamələrin, ailə mülkiyyətlərin daşınar və daşınmaz əmlakın alıq-satqısı, müəssisələrin, məhdud məsuliyyətli cəmiyyətlərin və ortaqlıqların təsis edilməsi üzrə xidmət göstərir.

Təcrübə sahələri

- Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara hüquqi məsələlərlə bağlı məsləhətlər, izahatlar və əlverişli təkliflər verir
- Fiziki və hüquqi şəxslərin fəaliyyətinin hüquqi təminatını onların nümayəndəsi qismində həyata keçirir;
- Fiziki və hüquqi şəxslərin sifarişi ilə onlara dövlət və qeyri dövlət orqanlarında və təşkilatlarda nümayəndəli xidməti göstərir;
- Azərbaycan Respublikasının birinci instansiya və apellyasiya məhkəmələrində nümayəndə kimi iştirak edir;
- İstənilən mülki hüquqi müqavilələr tərtib edir;
- Hüquqi şəxslərin təsis edilməsi və dövlət qeydiyyatına alınmasını həyata keçirir;
- Fiziki və hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bütün növ sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün tərtib edir;
- Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasını həyata keçirir.

 

Təhsili

Bakı Dövlət Universiteti

İş təcrübəsi

Yeni qeydiyyatdan keçmiş hüquqi şəxslərin kadr sənədlərinin hazırlanması onların işlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə qurulmasını təşkil edir. Məhkəmələrdə mülkiyyət münasibətləri üzrə nümayəndə kimi çıxış edir.

 

Telefon: +99455 739 67 52
E-mail to Ramil S. Xəlilov


Sertifikatlar: 1.
 

Ziya B.Bağırzadə

Hüquqşünas

Bağırzadə Ziya iş təcrübəsinə çox tez başlamış və qısa müddətdə yüksək təcrübə toplamışdır. O, mülki, iqtisadi, torpaq, borc və digər hüquqi məsələlərlə məşğul olur. İnkişaf etmiş Avropa ölkələrində geniş tətbiq olunan müqavilə hüququ üzrə mütəxəssisdir. Hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və kadr işlərinin aparılması üzrə təcrübə keçir. Bağ sahələri üçün dövlət reyestrindən çıxarışların (kupça) alınmasında yüksək təcrübəyə malikdir.

Təcrübə sahələri

- Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verir;
- Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara hüquqi yardım göstərir;
- İstənilən mülki hüquqi müqavilələri tərtib edir;
- Hüquqi şəxslərin təsis edilməsi, dövlət qeydiyyatı və ləğvini həyata keçirir;
- Hüquqi və fiziki şəxslərin mübahisəli borclarının alınmasını həyata keçirir;
- İşə götürmə zamanı əmək müqavilələrinin hazırlanmasını həyata keçirir;
- Azərbaycan Respublikasının birinci instansiya və apellyasiya məhkəmələrində nümayəndə kimi iştirak edir;
- Xarici və yerli hüquqi şəxslər üçün çalışan əcnəbilərin Azərbaycan Respublikasında işləməsi üçün fərdi icazələrin alınmasını və onların yaşayış yer üzrə qeydiyyata alınmasını təmin edir;
- Hüquqi və fiziki şəxsin fəaliyyəti ilə bağlı bütün növ sənədləri qanunvericiliyin tələblərinə uyğun düzgün tərtib edir.

 

Təhsili

Bakı Dövlət Universiteti
EF – English First

İş təcrübəsi

Borc işlərini aparmaq və bu kimi digər hüquqi məsələlərdə məhkəmədə nümayəndə kimi çıxış etmək ona aid olan işlərdəndir.
Cənab Bağırzadənin xarici dilləri bilməsi ona Azərbaycan Respublikasına digər dövlətlərdən gəlmiş əcnəbilərlə əlaqələrin qurulmasında və bir çox hüquqi məsələlərdə yüksək səviyyəli məsləhətlərin verilməsinə və hüquqi yardımın göstərilməsinə xidmət edir. Xarici vətəndaşların Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsinə dair məsələlər ilə məşğul olur.


Telefon: +99450 591 44 11
+99455 444 25 55
E-mail to Ziya B.Bağırzad


Sertifikatlar: 1.

 

Elvin M. Novruz

Hüquqşünas

Elvin ümumi və xüsusi hüquq, borc məsələləri, kapital qoyuluşu və bir sıra hüquqi məsələlərlə məşğul olur.
Ölkədə fəaliyyət göstərən əcnəbi şirkətlər üçün yerli qanunvericiliyə əsasən hüquqi xidmət göstərir, müqavilələr və digər hüquqi sənədlər hazırlayır, işə götürmə zamanı bütün kadr sənədlərinin hazırlanmasına nəzarət edir və şəxsən icrasını həyata keçirir, əcnəbi işçilərin fərdi icazələrinin alınması və yaşayış yeri üzrə qeydiyyata alınmasını həyata keçirir.

Təcrübə sahələri

- Xarici və yerli hüquqi şəxslərin müraciətləri əsasında onların mülki hüquq münasibətlərinə girməsində iştirak edir və həmin münasibətlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə qurulmasını təmin edir;
- Fiziki və hüquqi şəxslərin sifarişi ilə onlara dövlət və qeyri-dövlət orqanlarda və təşkilatlarda nümayəndəlik xidməti göstərir;
- Xarici və yerli hüquqi şəxslər üçün çalışan əcnəbilərin Azərbaycan Respublikasında işləməsi üçün fərdi icazələrin alınmasını və onların yaşayış yeri üzrə qeydiyyata götürülməsini təmin edir;
- Azərbaycan Respublikasının birinci instansiya və apellyasiya məhkəmələrində nümayəndə kimi iştirak edir;
- Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara hüquqi məsələlərlə bağlı məsləhətlər, izahatlar və əlverişli təkliflər verir; - Xarici və yerli hüquqi şəxslərin fəaliyyətinin daha da genişləndirilməsi üçün istənilən mülki hüquqi müqavilələri tərtib edir, işə götürmə zamanı əmək müqavilələrinin hazırlanmasını həyata keçirir;
- Xarici investisiyalı, eləcə də yerli hüquqi şəxslərin təsis edilməsi və dövlət qeydiyyatına alınmasını həyata keçirir;
- Fiziki və hüquqi şəxslərin fəaliyyətinin hüquqi təminatını onların nümayəndəsi qismində həyata keçirir;
- Hüquqi və fiziki şəxsin fəaliyyəti ilə bağlı bütün növ sənədləri qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasına nəzarət edir;
- Hüquqi şəxslərin mübahisəli borclarının alınmasını həyata keçirir.

Təhsili

- Qərb Universiteti
- Azərbaycan Dövlət İqtisad Universiteti

İş təcrübəsi

Məhkəmələrdə hüquqi və fiziki şəxslərin etibarnamələri əsasında nümayəndə qismində iştirak etməklə onların hüquqlarını müdafiə edir. Əsasən borcların alınması və bununla yanaşı müdafiə etdiyi şəxslərin çəkdiyi digər xərclərin də onlara qaytarılmasının təmin edilməsini həyata keçirir.


ə
Telefon: +99450 377 18 18
E-mail to Elvin M. Novruz


Sertifikatlar: 1. 2.

 

Rüstəmov Ruslan

Hüquqşünas

Cənab Rüstəmov Saratov Ixtisaslaşmış Vəkillər Kollegiyasında mülki və ailə məsələləri ilə əlaqədar təcürbə keçmişdir.
Mülki, iqtisadi, ailə, əmək, torpaq, sığorta və s. sahələr üzrə hüquq münasibətləri subyektlərinin hüquqlarının müdafiəsinin həyata keçirilməsi ilə bağlı müraciət etmiş şəxslərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar vermişdir.

Təcrübə sahələri

• Hüquqi və fiziki şəxslərin sifarişi əsasında onlara dövlət, qeyri dövlət orqanları və təşkilatlarında nümayəndəlik xidmətlərini təmin edir;
• Xarici və yerli hüquqi şəxslər üçün çalışan əcnəbilərin Azərbaycan Respublikasında işləməsi üçün fərdi icazələrin alınmasını və onların yaşayış yeri üzrə qeydiyyata götürülməsini təmin edir;
• Xarici və yerli hüquqi şəxslərin fəaliyyətinin daha da genişləndirilməsi üçün istənilən mülki hüquqi müqavilələri tərtib edir, işə götürmə zamanı əmək müqavilələrinin hazırlanmasını həyata keçirir;
• Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara lazımi hüquqi yardım göstərir;

Təhsili

Saratov Dövlət Hüquq Akademiyası

 

Telefon: +99470 242-03-04
E-mail to Rüstəmov Ruslan


Sertifikatlar: 1. 2.

 

Səfurə İ. İmanova

Baş muhasib

- Xidmət sahəsində məsrəflərin hesablanması
- Mühasibat uçotuna dair məsləhətlərin verilməsi
- Mühasibat hesabatlarının tərtibi və bu hesabatların tərtibində iştirak etmək və bunu təsdiqləmək

Təcrübə sahələri


- Dövlət müəssisələrinin səhmdar Cəmiyyətlərinə çevrilməsində səhmdarların nümayəndəsi kimi iştirak etmək və əməliyyatların qanunvericiliyinə uyğun olaraq aparılmasına nəzarət edilmişdir.
- Təsərrüfat subyektləri arasında olan qarşılıqlı əməliyyatların aparılmasında iştirak edilmişdir.
- Fiziki və hüquqi şəxslərin illik təsərrüfat fəaliyyətinə başlamazdan əvvəl onların vergi qanunvericiliyinə və mühasibat uçotuna əsasən aparılmasına məsləhətlər verilmişdir.
- Fiziki şəxslərin gəlirlərinin və xərclərinin uçotu qurulmuşdur.


 

Təhsili

- Moskva Energetika İnstitutu
- Azərbaycan Dövlət İqtisad Universiteti

Telefon: +99412 596-65-63
E-mail to Səfurə İ. İmanova

 
 

Sona O. İbrahimova

Baş mühasib - “Kernur Audit” MMC

- Mühasibat hesabatlarının tərtibi və bu hesabatların tərtibində iştirak etmək və bunu təsdiqləmək

Təcrübə sahələri

- Mühasibat uçotuna dair məsləhətlərin verilməsi
- Təsərrüfat subyektləri arasında olan qarşılıqlı əməliyyatların aparılmasında iştirak edilmişdir.
- Fiziki və hüquqi şəxslərin illik təsərrüfat fəaliyyətinə başlamazdan əvvəl onların vergi qanunvericiliyinə və mühasibat uçotuna əsasən aparılmasına məsləhətlər verilmişdir.
- Fiziki şəxslərin gəlirlərinin və xərclərinin uçotu qurulmuşdur.

Təhsili

Azərbaycan Dövlət İqtisad Universiteti

Telefon: +99412 596-65-63
E-mail to Sona O. İbrahimova

 
 

 


Biz müştərilərimizin mənafeyini öz mənafeyimiz kimi qoruyuruq.

Fuad Kərimov

 

Biz məqsədə qısa müddətdə və yüksək peşəkarlıqla nail olmağı çox yaxşı bacarırıq. Bunu hər an istənilən işə tətbiq etməklə yüksək təcrübəyə yiyələnmişik.

Ziya Bağırzadə

   

Ana Səhifə | Ümumi məlumat | İş təcrübəmiz | Xidmətlər | Əlagə
Copyrights (c) 2009 KERMUR
All rights reserved